7-ci Zirvə oyunlarının ilk qalibi Türkiyə ağırlıqqaldıranı olub

Xırdalan və Astara şəhərlərində yerləşən AAAF park yaşayış, idman, istirahət və əyləncə komplekslərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə 7-ci “Zirvə” beynəlxalq uşaq oyunları start götürüb. Allsport.az saytı xəbər verir ki, 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışda ilk ağırlıqqaldırmada qalib müəyyən edilib.

7 ölkədən – Azərbaycan, İran, Gürcüstan, Türkiyə, İsrail, Moldova və Ukraynadan olan 200 nəfərin qatıldığı sınaqda körpücük üzərinə hamıdan öncə zərif cinsin nümayəndələri qalxıblar. Qızlar Sinkleyr cədvəli üzrə mütləq qalibi müəyyən ediblər.

Maraqlı mübarizə şəraitində keçən yarışda toplam 114 kq (54+60) nəticə və 198.4 Sinkleyr xalı ilə türkiyəli Nurgül Yüksel qızıl medala sahib çıxıb. İkinci pilllədə toplam 117 kq (53+64) nəticə və 186.4 xalla gürcüstanlı Mariam Maysuradze qərarlaşıb. Üçüncü yeri toplam 107 kq (45+62) və 174.3 xalla Azərbaycan atleti Selcan Qarayeva tutub.

Həmin kateqoriyadan