7 medalla 3-cü oldular

İranın Behşehr şəhərində keçirilən sərbəst güləş üzrə “Necad Haşimi kuboku” turnirinə yekun vurulub.

Allsport.az xəbər verir ki, sonuncu yarış günündə 61, 70, 79, 92 və 125 kq-da qaliblər müəyyənləşib.

Azərbaycanın U20 yığma komandasının 3 üzvü fəxri kürsüyə qalxıb.

Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) gümüş, Nurlan Ağazadə (70 kq) isə bürünc medal qazanıb.

7 ölkənin təmsil olunduğu turnirdə komanda hesabında İran birinci, Hindistan ikinci, Azərbaycan isə üçüncü yeri tutub.

Həmin kateqoriyadan