- Baxış sayı: 40
- 01 May 2024 19:00
- Baxış sayı: 50
- May 01, 2024
- 0
8-9 fevralda Təbrizdə sərbəst güləş üzrə Təxti kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 23 ölkədən 190-a yaxın idmançının iştirak edəcəyi turnirdə Azərbaycan millisi də mübarizə aparacaq.
Arazın o tayına Məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi ilə bahadır yollanıb. Heyətdə Pərviz İbrahimov, Elçin Vəliyev (hər ikisi = 61 kq), Pənah İlyaslı, Coşqun Əzimov (70 kq), Murad Süleymanov (79 kq), Hacımurad Məhəmmədsəidov, İbrahim Yusubov (86 kq), Cavid Sadıqov (92 kq), Roman Bəkirov (97 kq) və Ömər İsrailov (125 kq) yer alıblar.
Görüşlərin idarə edilməsində ölkəmizi 3-cü dərəcəli beynəlxalq hakim Babək Allahverdiyev təmsil edəcək.