- Baxış sayı: 90
- 02 Noyabr 2026 19:17
- Baxış sayı: 373
- Noyabr 09, 2026
- 0

Şüvəlan qəsəbəsində yerləşən ağır atletika akademiyasının yarış zalında Azərbaycan çempionatında bu gün gənclər və idman naziri Fərid Qayıbov qonaq olub.
Allsport.az saytı xəbər verir ki, o, 73 kq-da mükafatlandırmada çıxış edib, iştirakçılara uğurlar arzulayıb, 2 illik fasilədən sonra təşkil olunan Azərbaycan çempionatında yüksək təşkilatçılıq, mübarizə əzmi və idman ab-havasının hökm sürdüyünü vurğulayıb.
Sonra təltifetmə olub. Mükafatı nazir Fərid Qayıbov, nazir müavini Mariana Vasilyeva və Azərbaycan ağır atletika federasiyasının prezidenti İnam Kərimov təqdim ediblər.