Rəsul Çunayevin qələbə şərhi: Las Veqas uğurlu məkandır

Las Veqasda keçirilən gecədə UFC çempionu Həbib Nurməhəmmədov MMA döyüşçüsü Konor Makqreqora qalib gəlib. Allsport.az saytı xəbər verir ki, yüngül çəkidə rusiyalı məğlubedilməz 4-cü raundda rəqibinə qarşı boğucu fənd tətbiq etnəklə onu təslim olmağa məcbur edib.

“Qartal” ləqəbli idmançının qələbəsi dünya idman ictimaiyyətində böyük əks-səda yaradıb. Onun uğuruna Azərbaycanda da biganə qalmayıblar.

2015-ci ildə ABŞ-ın bu şəhərində təşkil olunan güləş üzrə dünya çempionatında 71 kq-da Rəsul Çunayev qalib gəlmişdi. Milliyətcə avar olan Həbibin zəfərinə sevinən yunan-Roma güləşçimiz, həmin məkanın uğurlu olduğunu qeyd edib.

 

Həmin kateqoriyadan