8-ci turun görüşləri təxirə salındı

Super liqada çıxış edən “Azərreyl” və UNEC klubları AVF-ə müraciət ünvanlayıblar. Allsport.az saytı xəbər verir ki, hər 2 komandanın bir neçə əsas heyət oyunçusunun səhhətində problemlər yaranıb və həkim məsləhətinə görə onlar bir müddət məşqdən kənar qalmalıdırlar.

“Bunu nəzərə alaraq, Azərbaycan Super Liqasının fevralın 22-də keçirilməli olan VIII turun oyunları “Azərreyl” – “Abşeron” və UNEC – “Murov başqa tarixə dəyişdirilsin” – məktubda belə qeyd olunub.

Bu müraciət əsasında VIII tur oyunları təxirə salınıb. Matçların tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.

Həmin kateqoriyadan