Sərbəst güləşçilər yenə 1-ci!

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı sona çatıb. Allsport.az xəbər verir ki, qitə birinciliyinin son 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutub. Ötən il komanda hesabında çempion olan millimiz titulunu qoruyub və növbəti dəfə qitənin ən güclü komandası ünvanına sahib çıxıb.

3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan yığmamız 140 xalla birinci yeri tutub. Millimiz medalların əyarına görə də hamını qabaqlayıb. Türkiyə (129) ikinci, Gürcüstan (125) isə üçüncü yeri tutub.

Yığma üzvlərindən Məhəmməd Bəşir Xaniyev (70 kq), Turan Bayramov (74 kq) İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıb.

Millimiz məşçqçilər – Arif AbdullayevCəbrayıl Həsənov və Rövşən Hacıyevin rəhbərliyi ilə ötən il də eyni nəticəni göstərmişdi.

Həmin kateqoriyadan