“Abad məhəllə”lərdə idman yarışları

Bakı şəhər gənclər və idman baş idarəsi tərəfindən «Abad məhəllə» layihəsi çərçivəsində paytaxt rayonlarının ərazilərində yeni yaradılmış abad həyətlərdə məhəllələrarası futbol və şahmat yarışlarının təşkili və keçirilməsinə başlanıb. Allsport.az saytı xəbər verir ki, yeni salınmış məhəllələrdə mini futbol və şahmat turnirləri çərcivəsində ilk yarışa Nizami rayonunda start verib.

Nizami rayon bələdiyyəsinin meydancasında start götürən turnirin rəsmi açılış mərasimində Nizami RİH-in başçısının muavini Gülnaz İsrafilova, BŞGİBİ-nin rəisi Raqif Abbasov, Nizami rayon Gİİ-nin rəisi Ziyad Əzizov və digər rəsmi şəxslər iştirak etmiş, yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıblar. Turnir çərçivəsində eyni gündə Yasamal və Nərimanov rayonunlarında 2 həyətdə şahmat yarışlarına, Xəzər rayonunda isə mini futbol yarışına başlanıb.

Ümümilikdə, hər iki mərhəllə üzrə keçiriləcək mini-futbol yarışlarında 130 komanda tərkibində 1300 nəfər, şahmat yarışlarında 200 nəfər yeniyetmənin ( ümümilikdə 1500 nəfər) iştiraki nəzərdə tutulub

Həmin kateqoriyadan