- Baxış sayı: 38
- 23 İyun 2026 17:10
- Baxış sayı: 35
- İyun 26, 2026
- 0

Avropa basketbol federasiyasının təşəbbüsü ilə milli federasiyaların növbəti videokonfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda üzv ölkələrdə koronavirus pandemiyasının dinamikası, mövcud vəziyyət və yerli federasiyaların fəaliyyəti müzakirə edilib.
ABF-in beynəlxalq əlaqələr departamentinin rəhbəri Fərid Məmmədov ölkəmizdə mövcud vəziyyət, Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər və federasiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.
İki saat davam edən onlayn konfransa FİBA-ının baş katibi Andreas Zagklis, FİBA Avropanın prezidenti Turqay Dəmirəl, 1-ci vitse-prezident Jan-Pier Suitat, vitse-prezidentlər Karmen Tocala və Con Qonsalves, icraçı direktor Kamil Novak da qatılıblar.