- Baxış sayı: 45
- 11 May 2026 21:35
- Baxış sayı: 111
- May 11, 2026
- 0

Gənc sərbəst güləşçilərdən ibarət yığmamız olimpiya mərkəzində təlim-məşq çərçivəsində ABŞ-lı həmkarlarına yoxlama görüşündə 12:2 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra rəqib komandanın baş məşqçisi Con Peterson açıqlama verib:
“Bir neçə gündür ki, Bakıda yığmanızla birgə toplanış keçirik. Bizim güləşçilər burada çox şey öyrənirlər. Bu baxımdan təlim-məşq toplanışından çox razıyam. Bu, Bakıya ilk səfərim deyil. Hələ SSRİ dönəmində Azərbaycanda olmuşdum.
2007-ci ildə Bakıda keçirilən dünya çempionatı zamanı da ölkənizə səfər etmişdim. Onu deyə bilərəm ki, insanlarınız əvvəl necə qonaqpərvər idisə, indi də elədir”.