“Abşeron” və “Azərreyl” meydançanı qələbə ilə tərk etdilər

Bu gün Bakı voleybol mərkəzində qadın voleybolçuların yüksək liqasında 12-ci turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, “Abşeron” qızıl medallara digər iddialı “Murov”u, “Azərreyl” isə UNEC klubunu üstələyib.

4 dövrənin nəticələrinə görə, yarımfinal mərhələsində turnir cədvəlində 1-ci olan “Azərreyl” 4-cü yerin sahibi UNEC ilə, 2-ci olan “Abşeron” isə 3-cü yeri tutan “Murov”la üz-üzə gələcək. Yarımfinal mərhələsi 2 qələbəyə, final mərhələsi isə 3 qələbəyə kimi oynanılacaq.

“Abşeron” – “Murov” 3:0 (25:23, 25:20, 25:19)
“Azərreyl” – UNEC 3:0 (25:14, 25:21, 25:10)

Həmin kateqoriyadan