“Abşeron” və “Murov” finalda

Bu gün qadın voleybolçuların “Bahar kuboku”na start verilib. Allsport.az saytı xəbər verir ki, AVF-in idman zalında ilk matçda “Abşeron” ölkə çempionluğuna iddialı sayılan “Azərreyl”i üstələyib – 3:1 (25:13, 18:25, 25:23, 25:17).

Günün ikinci qarşılaşmasında “Murov” UNEC-lə üz-üzə gəlib. Görüşün qalibi 3 hissədə müəyyən olunub və adı ilk çəkilən klub sevinən tərəf olub – 3:0 (25:19, 25:15, 25:22)

Beləliklə, finalda “Abşeron”la “Murov” ilə, 3-cü yer üçün “Azərreyl” və UNEC görüşəcəklər. Sabah oyunun 1-cisi saat 14:00-da, digəri 16:00-da başlayacaq.

Həmin kateqoriyadan