AFFA Milli Mətbuat Günü ilə bağlı tədbir keçirib

AFFA-nın təşkilatçılığı ilə “Dalğa arena”da idman KİV nümayəndələri üçün Milli Mətbuat Gününə həsr olunmuş “Media futbol festivalı” adlı tədbir keçirilib. Allsport.az saytı xəbər verir ki, jurnalistlər və AFFA əməkdaşlarının iştirakı ilə 4 görüşdən ibarət mini-turnir təşkil edilib.

Oyunlar başa çatdıqdan sonra tədbir iştirakçıları üçün ziyafət verilib. AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib. Sonra media komitəsinin elan etdiyi nominasiyalar üzrə qaliblər elan olunub.

Həmin kateqoriyadan