- Baxış sayı: 54
- 22 Sentyabr 2026 18:23
- Baxış sayı: 277
- Sentyabr 17, 2026
- 0

Futbol veteranı, SSRİ idman ustası, əməkdar məşqçi, “Sumqayıt” klubunun müşahidə şurasının üzvü Telman Salahovun 80 yaşı tamam olub. Allsport.az saytı xəbər verir ki, AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov veteran futbolçu ilə görüşüb, yubileyi münasibətilə onu rəhbərlik adından təbrik edib.
Baş katib üzərində “T.Salahov 80” yazılmış Azərbaycan milli komandasının futbolkasını yubilyara təqdim edib. Yubiliyar göstərilən diqqətə görə AFFA-ya minnətdarlığını bildirib.