ÇL-2014/15
«Agel»ə qalib gələn «Rabitə» mərhələ adlamaq şansını saxlayır

Qadın voleybolçuların Avropa Çempionlar Liqasının qrup mərhələsində 4-cü turunda «Rabitə» doğma divarlar arasında Çex Respublikasının «Agel» klubunu qəbul edib.

Allsport.az saytı xəbər verir, ilk matçda gözlənilmədən rəqibə məğlub olan Dejan Brdjoviçin komandası, əvəz oyununda bu yenilginin əvəzini çıxıb – 3:1 (25:21, 25:12, 23:25, 25:15).

Sözü gedən qələbə sayəsində «mavi-yaşıllar» 6 xalla Qazan «Dinamo»su ilə 2-3-cü yerləri bölüşdürür.

Həmin kateqoriyadan