AGF-də islahat davam edir: Orxan Məmmədov baş katib təyin olunub

Güləş federasiyasının rəhbərliyində islahatlar davam edir. Allsport.az saytı xəbər verir ki, AGF prezidenti Fazil Məmmədovun əmri ilə Orxan Məmmədov baş katib təyin olunub. Əvvəl bu vəzifəni icra edən Rəşad Əli-Zadə başqa işə keçməsi ilə bağlı istefa verib.

Yeni baş katib bundan əvvəl federasiyanda idman şöbəsinin müdiri vəzifəsində çalışıb. O, yeniyetmə yaşlarından güləşin sərbəst növü ilə məşğul olub, dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalib və mükafatçısı olub.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. İdman ustası və əməkdar məşqçidir. Bu idman növündə xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunub.

Həmin kateqoriyadan