AGF-in 7 saylı nümayəndəliyin əlaqələndiricisi Fəxri Diplomla təltif olundu

Azərbaycan Güləş Federasiyası 7 saylı nümayəndəliyinin əlaqələndiricisi, Azərbaycan Respublikasının əməkdar məşqçisi, idman ustası, Respublika dərəcəli hakim, I dərəcəli məşqçi-müəllim, fəxri bədən tərbiyəsi və idman işçisi Ayət Rüstəmzadənin 60 yaşı tamam olur. Allsport.az xəbər verir ki, bu münasibətlə əlaqələndiricisi olduğu nümayəndəlikdə güləş idman növünün təbliğində və inkişafında uzunmüddətli və peşəkar fəaliyyətinə, yeniyetmə və gənc nəslin güləşə cəlb olunmasında, güləş qaydalarının incəliklərinin onlara öyrədilməsində əvəzsiz xidmətlərinə görə Ayət Rüstəm oğlu Rüstəmzadə Azərbaycan Güləş Federasiyasının Fəxri Diplomu ilə təltif olunub.

Fəxri Diplomu yubilyara AGF Hakimlər Kollegiyasının sədri Bəhmən Talebi təqdim edib. Yubilyarı təbrik edən AGF kollektivi ona cansağlığı və gələcək peşə fəaliyyətində yeni uğurlar arzulayıb.

Ayət Rüstəmzadə öz növbəsində Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə öz təşəkkürünü bildirib, bundan sonra da nümayəndəlikdə güləş idman növünün yüksək səviyyədə təbliği və inkişafında öz təcrübə və bacarığını əsirgəməyəcəyini bildirib.

Həmin kateqoriyadan