- Baxış sayı: 41
- 09 Oktyabr 2024 11:59
- Baxış sayı: 81
- Oktyabr 10, 2024
- 0
Güləş federasiyasında milli komandaların məşqçilərinin iştirakı ilə toplantı olub. Allsport.az saytının awf.az-a istinadən məlumatına görə, iclasda AGF-in rəhbərliyi növbə ilə çıxış edib. Onlar dopinq məsələsinə də yer ayırıb.
Qeyd olunub ki, ötən il ən çox cəzalananlar güləşçilər olub. Bu da bu sahə üzrə informasiya kasadlığından irəli gəlir. Güləşçilər hər hansı dərmanı qəbul etməmişdən əvvəl yığmanın həkimi ilə məsləhətləşməlidir.
Bu baxımdan həkimlə idmançılar arasında sıx münasibət olmalı, yığmaların məşqçiləri prosesi ciddi nəzarət altında saxlamalıdır. Qəbul edilən qida və mayelərə ciddi fikir vermək vacibdir. Gigiyenik qaydalara da tam riayət edilməlidir.