AGF-in baş məşqçisi beynəlxalq proqramı uğurla başa vurub

AGF-in baş məşqçisi beynəlxalq proqramı uğurla başa vurub

Milli və Beynəlxalq olimpiya komitələrinin dəstəyi ilə Yaponiyanın Seteqaya şəhərində “Məşqçi inkişaf akademiyası” (“Coach Developer Academy”) proqramının ilk əyani mərhələsi çimərlik güləşi üzrə millinin baş məşqçisi Oyan Nəzərli üçün uğurla başa çatıb. Allsport.az saytı xəbər verir ki, bu layihə ona məşqçi inkişafı, mütəxəssislik, öndərlik və milli çalışdırıcı yüksəlmə üsullarının qurulması istiqamətində yeni bilik və ilham qazandırıb.

Həmyerlimizin sözünə görə, indi qarşıda onlayn modullar və praktik fəaliyyətlər, 2027-ci ilin fevral ayında isə proqramın 2-ci əyani mərhələsi var: “Bu dəyərli imkana görə Milli olimpiya komitəsinə, Azərbaycan güləş fedrasyasına, olimpiya həmrəyliyi proqramına, NSSU, İCCE və bütün NCDA komandasına təşəkkür edirəm”.

Həmin kateqoriyadan