AGF-in vitse-prezidenti əksər yunan-Roma güləşçilərin çıxışından razı qalmayıb

Bakı idman sarayında yunan-Roma güləşi üzrə ölkə çempionatı keçirildi. Allsport.az saytı xəbər verir ki, yarışdan sonra AGF-in bu növ üzrə vitse-prezidenti Elçin Cəfərov və məşqçilər heyəti medalçılarıyla görüşüb. Adı ilk çəkilən mütəxəssis mükafatçıları təbrik etməklə yanaşı, əksər görüşlərdən razı qalmadığını və bahadırların beynəlxalq turnirlər üçün daha yüksək formada olmalarının vacibliyini qeyd edib.

Baş məşqçi Şaban Donat isə gələn il yanvarın 5-dən Olimpiya Güləş Mərkəzində yığmanın təlim-məşq toplanışının start götürəcəyini pəhləvanların diqqətinə çatdırıb.
Qeyd edək ki, fəxri kürsüdə yer alanlar yığmaya cəlb edilir.

Həmin kateqoriyadan