AGF-in vitse-prezidenti Cavanşir Qurbanov öz təcrübəsini olimpiya çempionu ilə bölüşür

Xəbər verdiyimiz kimi, Heydər Əliyev adına İdman Sarayında yeniyetmə-gənc sərbəst və yunan-Roma güləşçiləri arasında AGF kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçirilir. Allsport.az saytı xəbər verir ki, bu dəfə sınaq Birinci Avropa Oyunlarına test xarakteri daşıdığından, yarışa maraq daha böyüyub.

İlk 3 günün nəticəsinə görə bahadırlarımız yenə öz sözlərini deməkdədirlər. Qazanılan saysız-hesabsız medallar Gənclər və İdman Nazirliyinin yekun hesabatında saya xeyli artır verəcək.

Sözü gedən mübarizəni bütün güləş ictimaiyyəti yaxından izləyir. Ötən gün güləşçilərimizin çıxışını izləyənlər sırasında olimpiya çempionları Namiq Abdullayevlə Fərid Mansurov olduğunu xəbər vermişdik. Tanınmış fotoqraf Valeri Xlızov foto çəkilişinlərin birində başqa bir maraqlı an tutub.

Azərbaycan güləşinin ixtiyarı Cavanşir Qurbanov öz zəngin təcrübəsini Namiq Abdullayevlə bölüşür. Digər fotodan fərqli, söhbət o qədər şirin gedib ki, tanınmış idman mütəxəssisləri foto çəkilişi hiss etməyiblər.

namiq-ferid

Həmin kateqoriyadan