- Baxış sayı: 41
- 23 Avqust 2026 23:08

- Baxış sayı: 299
- Avqust 20, 2026
- 0


Qubada fəaliyyət göstərən “Şahdağ” güləş klubunun yunan-Roma güləşi üzrə məşqlərin keçirildiyi idman zalı əsaslı təmir olunaraq yenidən istifadəyə verilib. Allsport.az xəbər verir ki, Azərbaycan güləş federasiyası tərəfindən kluba müasir güləş xalçası hədiyyə edilib. Bununla əlaqədar yenilənmiş zala baxış keçirilib.
Baxışda AGF-in vitse-prezidentləri, olimpiya çempionları Namiq Abdullayev və Fərid Mansurov, federasiyanın baş katibi Pərvin Piriyev, Quba rayon icra hakimiyyəti başçısının müavini Şahin İsrafilov, İcra Hakimiyyətinin sektor müdiri Anar Məmmədov, Quba-Xaçmaz regional gənclər və idman idarəsinin rəisi Qumru Məmmədova iştirak ediblər.
“Şahdağ” güləş klubunun yunan-Roma güləşi üzrə məşqçisi Musa Mirzəyev qonaqları zalda yaradılan şəraitlə tanış edib, idmançıların hazırlıq və klubun fəaliyyəti barədə ətraflı məlumat verib. Söhbət zamanı Qubada güləş ənənələrinin daha da inkişaf etdirilməsi, yunan-Roma güləşi ilə yanaşı, sərbəst və qadın güləşi bölmələrinin də fəaliyyətə başlaması istiqamətində görüləcək işlər müzakirə olunub.