AGF kuboku da olimpiya çempionlarımızı bir araya gətirdi

Heydər Əliyev adına İdman Sarayında yeniyetmə-gənc sərbəst və yunan-Roma güləşçiləri arasında AGF kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. Allsport.az saytı xəbər verir ki, bu dəfə yarış iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına test xarakteri daşıyır.

Gərgin tutaşmalarda bahadırlarımız yenə öz sözlərini deməkdədirlər. İlk 2 mübarizə günündə, obrazlı desək, qazanılan medalların sayı yoxdur. Bu sınağı bütün güləş ictimaiyyəti yaxından izləyir.

Mililmizin üzvlərinin çıxışını izləyənlər sırasında olimpiya çempionları Namiq Abdullayevlə Fərid Mansurov da var. Tanınmış fotoqraf Valeri Xlızov qalibləri birgə əyləşib yarışı seyr edərkən «yaxalayıb». Hər 2 titullu pəhləvan bu anı təbəssümlə qarşılayıb.

Həmin kateqoriyadan