AGF Kuboku ilk gün: 3 qızıl, 8 gümüş və 9 bürünc medal

Heydər Əliyev adına İdman Sarayında yeniyetmə-gənc sərbəst və yunan-Roma güləşçiləri arasında AGF kuboku uğrunda ənənəvi beynəlxalq turnir başlayıb. Allsport.az saytı xəbər verir ki, bu dəfə yarış iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyır.

Sınaqda Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edir.

İlk yarış günündə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə 92 pəhləvan mübarizə aparıb. Azərbaycan güləşçiləri ilk yarış günündə 3 qızıl, 8 gümüş və 9 bürünc medal qazanıb. Komanda hesabında yığmamız birinci olub. İkinci yerdə İran, üçüncü yerdə isə Gürcüstan komandası qərarlaşıb.

42 kq
FİNAL – Əsgər Əlizadə – Elşad Məmmədov 5:15
Bürünc medal görüşü – Mirsirac Həsənli – İrakli Nakaşidze (GEO) 4:0
Bürünc medal görüşü – Zülfüqar Əliyev – Dadmarz Poya (İRİ) 1:2
46 kq
FİNALGiorgi Mefişvili (GEO) – Zaur Nuriyev 9:8
Bürünc medal – Səid Cahangirzadə
Bürünc medal görüşü – Ramal Əhədli – Boctandik Dalabayev (KAZ) 8:0
50 kq 
FİNAL – N.Temirbayev (KAZ) – M.Mukaşev (KAZ) 0:8
Bürünc medal görüşü – Alireza Nejati (İRİ) – Temuri Gogia (GEO) 6:4
Bürünc medal görüşü – M.Mamurbek (KAZ) – Pərvin Abdullayev 12:4
54 kq 
FİNAL – Xancavad Məcidzadə – Moxtari Mohamadreza (İRİ) 4:4*
Bürünc medal görüşü – Rüstəm Yusifov – Roman Lomainadze (GEO) 0:8
Bürünc medal görüşü – Kənan Cəfərov – Leri Abuladze (GEO) 4:0
58 kq 
FİNAL – Davud Əlimuradov – Reza Kabiri (İRİ) 0:8
Bürünc medal görüşü – Dias Kalen (KAZ) – Cavid Cavadzadə 1:2
Bürünc medal görüşü – Məmmədəli Həsənov – Kənan Hacıəliyev 2:4
63 kq 
FİNAL – Ramin Səfərov – David Bakuradze (GEO) 3:5
Bürünc medal – Sagvano Mohammad (İRİ)
Bürünc medal görüşü – Murad Orucov – İbrahim Səfərov 8:7
69 kq 
FİNAL – Ülvi Qənizadə – Vaja Gotua (GEO) 10:0
Bürünc medal görüşü – Yusif Əlizadə – Afifi Şayan (İRİ) 0:9
Bürünc medal görüşü – Temirxan Faizraxman (KAZ) – Nodar Şavadze (GEO) 8:8*
76 kq 
FİNALNəzərşah Fərullayev – Cavanşir Qasımov 3:1
Bürünc medal görüşü – Kamran Xaşalov – Arcanali Tonaev (RUS) 5:13
Bürünc medal görüşü – Choob Chian LSM (İRİ) – Badri Janelidze (GEO) 5:7
85 kq 
FİNAL – Uğur Hacılı – Saed Yousifi (İRİ) 1:3
Bürünc medal görüşü – Rövşən Eyyubov – Rauf Məmmədli 0:5
Bürünc medal görüşü – Yaşar Zamanov – Rovizon Esadze (GEO) 4:4*
100 kq 
FİNAL – Camal Feyziyev – Amin Mirzadeh (İRİ) 6:13
Bürünc medal görüşü – Saba Tsetskhladze (GEO) – Tarış Əbilov 4:0
Bürünc medal görüşü – Müşfiq Qəniyev – Abbas Əliyev 1:10

Həmin kateqoriyadan