AGF Kubokunda üçüncü gün yeniyetmə sərbəstlər yarışır

Heydər Əliyev adına İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. Allsport.az xəbər verir ki, bu dəfəki turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyır.

Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edir.

Üçüncü yarış günündə yeniyetmələr arasında sərbəst güləş üzrə 128 pəhləvan mübarizə aparır.

Həmin kateqoriyadan