AGF-dən məşqçilər üçün seminar

Azərbaycan güləş federasiyası ölkəmizdə bu idman növünün daha da inkişaf etməsi üçün müxtəlif layihələrin icrasını davam etdirir.

Allsport.az xəbər verir ki, bunlardan biri də sabah başlayacaq güləş məşqçilərinin ümumrespublika seminarıdır. Oktyabrın 17-dən 25-dək keçiriləcək tədbirdə məqsəd bu sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək, o cümlədən yarışlar zamanı məşqçilərin davranış qaydalarını, xalların qiymətləndirilməsini diqqətə çatdırmaqdır. Bu məqsədlə, AGF-nin məşqçi və hakimlərdən ibarət heyəti müxtəlif bölgələrə səfər edərək nəzəri və praktiki təlimlər keçəcək.

Seminar 6 hissəyə bölünüb. Proqrama əsasən, tədbir Gəncə (17 oktyabr), Göyçay (18 oktyabr), Sabirabad (19 oktyabr), Xırdalan (20 oktyabr), Bakı (23 oktyabr) və Naxçıvanda (25 oktyabr) baş tutacaq. Seminarda 500-ə yaxın məşqçinin iştirakı gözlənilir.

Həmin kateqoriyadan