AGF-nin təşkil etdiyi məşqçilərin ümumrespublika seminarı davam edir

Allsport.az xəbər verir ki, növbəti tədbir bu gün Bakıda keçirilib. 140-a yaxın məşqçinin qatıldığı seminarın nəzəri hissəsi “Excelsior” otelinin akt zalında baş tutub.

Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra AGF rəsmiləri çıxış edib və estafeti mütəxəssislərə veriblər. Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının baş müəllimi Mehman Nəcəfov, yunan-Roma güləşi üzrə U-20 milli komandanın böyük məşqçisi Nurəddin Rəcəbov, sərbəst güləş üzrə U-17 milli komandanın məşqçisi Vahid Məmmədov, hakimlər kollegiyasının sədri Qərib Əliyev öz sahələri üzrə önəmli məlumatları paytaxt məşqçilərinin diqqətinə çatdırıb.

AGF-nin təlim-məşq bazasında keçirilən praktiki hissədə Vahid Məmmədov, yunan-Roma güləşi üzrə U-20 milli komandanın məşqçisi Emin Əhmədov və l-S kateqoriyalı hakim Sədi Quliyev xalça üzərində müxtəlif güləş elementlərinin icrasını əyani surətdə nümayiş etdirib. Sonda iştirakçılara AGF-nin sertifikatları təqdim edilib.

Həmin kateqoriyadan