AGF-in məşqçilər üçün seminarları davam edir

Allsport.az xəbər verir ki, növbəti tədbir bu gün Sabirabadda baş tutub. 100-ə yaxın məşqçinin qatıldığı seminar 2 fərqli məkanda baş tutub. Tədbirin nəzəri hissəsi gənclər mərkəzində təşkil edilib.

Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının baş müəllimi Mehman Nəcəfov əsasən ibtidai hazırlıq qrupunun məşqlərindən danışıb. Sərbəst güləş üzrə U-17 millinin məşqçisi Vahid Məmmədov idmançıların təlim-tərbiyəsinə, məşqçilərin davranışlarına və işə yanaşmasına diqqət ayırıb.

Yunan-Roma güləşi üzrə U-20 milli komandanın böyük məşqçisi Nurəddin Rəcəbov yeniyetmə güləşçilərin texnikasını təkmilləşdirməyin önəmini vurğulayıb. Daha sonra hakimlər kollegiyasının sədri Qərib Əliyev müxtəlif qarşılaşmalarda yaranmış mürəkkəb vəziyyətlərdə verilən hakim qərarlarını izah edib.

Seminarın praktiki hissəsində sərbəst güləş üzrə U-20 milli komandanın məşqçisi Əşrəf Əliyev müxtəlif güləş elementlərinin icrasını əyani surətdə göstərib. l-S kateqoriyalı hakim Sədi Quliyev isə mübahisə doğuran vəziyyətlərin izahını verib.

Seminarda məşqçilərin sualları cavablandırılıb, təklif və şikayətləri qeyd edilib. Yekunda iştirakçılara AGF-nin sertifikatları təqdim edilib və xatirə şəkli çəkdirilib.

Sabah seminar Xırdalanda keçiriləcək.

Həmin kateqoriyadan