- Baxış sayı: 76
- 24 İyun 2026 22:19
- Baxış sayı: 38
- İyun 26, 2026
- 0

Bu gün Bakı idman sarayının iclas zalında AGF rəhbərliyi sərbəst güləş üzrə məşqçilərin iştirakı ilə seminar keçirib. Allsport.az saytı xəbər verir ki, tədbirdə baş katib Orxan Məmmədov, adı çəkilən növdə vitse-prezident Firdovsi Umudov və hakimlər kollegiyasının sədri Qərib Əliyev mütəxəssislərlə söhbət edib.
Awf.az-ın məlumatına görə, məşqçilərə Dünya Güləş Birliyinin qaydaları başa salınıb, yarış zamanı nizam-intizam meyarlarına ciddi riayət etmələri tapşırılıb.