AGF rəhbərliyi qitə birinciliyində çıxış edəcək heyəti açıqlayıb

17-23 iyunda İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilərin Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu gün bununla əlaqədar görüş olub. Olimpiya güləş mərkəzində AGF-nin vitse-prezidentləri Elçin Cəfərov, Firdovsi Umudov və Namiq Abdullayev öz tövsiyələrini və tapşırıqlarını çatdırıb, sonadək mübarizə aparmalarının, məşqçilərin sözlərinə riayət etmələrinin vacibliyini dilə gətiriblər. Sonra baş katib Orxan Məmmədov heyəti açıqlayıb.

Qitə birinciliyində mübarizəyə yunan-Roma güləşçiləri start verəcək. Böyük məşqçi Taleh İsrafilov və Nazim Əhmədovun rəhbərliyi ilə Fərid Sadıqlı (45 kq), Məlik Əliyev (48 kq), Nihad Quluzadə (51 kq), Nihad Məmmədli (55 kq), Əli Alıyev (60 kq), Xasay Həsənli (65 kq), Allahverdi Əliyev (71 kq), Əlisəftər Məmmədli (80 kq), Laçın Vəliyev (92 kq) və Əli Fərmanov (110 kq) ölkəmizi Faenzada təmsil edəcək.

Qızlarda böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun tapşırıqlarını Zenfira Həşimova (43 kq), Lalə Mirzəyeva (46 kq), Gültəkin Şirinova (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Mərziyə Sadıqova (61 kq) və Nigar Mirzəzadə (65 kq) yerinə yetirəcəklər.

Qitə çempionatının son günündə xalçaya sərbəst güləşçilər çıxacaq. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Elşad Allahverdiyevin rəhbərliyi ilə Murad Haqverdiyev (45 kq), Ramik Heybətov (48 kq), Kənan Heybətov (51 kq), Zirəddin Bayramov (55 kq), Sabir Cəfərov (60 kq), Cəbrayıl Hacıyev (65 kq), Məhəmmədəli Əliyev (71 kq), Abdulcəlil Şabanov (80 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) uğur qazanmağa çalışacaq.

Görüşü idarə edənlər arasında 2-ci dərəcəli beynəlxalq hakim Kamran Əliyev yer alacaq.

Həmin kateqoriyadan