“Ağır çəkidə qızıl medal qazanmağım sürpriz sayılmamalıdır”

“Hər şey gözəl idi. Yarış da yaxşı keçdi. Sevinirəm ki, qızıl medal qazandım”. Allsport.az xəbər verir ki, bunu I MDB oyunlarının qalibi olan yunan-Roma güləşmisiz Sərxan Məmmədov (130 kq) deyib.

Gənc pəhləvan əldə etdiyi nailiyyətə görə üzərində zəhməti olan məşqçilərə, Azərbaycan güləş federasiyasına, gənclər və idman nazirliyinə təşəkkürünü bildirib.

O, daha əvvəl Avropa və dünya çempionatlarında da mükafatçı olduğunu xatırladıb: “Azərbaycana ağır çəkidə qızıl medal qazandırmağım sürpriz sayılmamalıdır. Bu, azərbaycanlı güləş məşqçilərinin zəhmətinin nəticəsidir”.

Sərxan finalda fərqli formada mübarizə apardığını vurğulayıb: “Belə güləşdim ki, rəqib aldansın və mənim üslubunu tuta bilməsin”.

Həmin kateqoriyadan