Ağırlıqqaldıranlar Hacibaba Əskərovun xatirə yarışında güclərini sınayacaq

Sabah AAAF Park yaşayış kompleksinin yarış zalında Azərbaycanın əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Hacibaba Əskərovun xatirəsinə ağırlıqqaldırma üzrə respublika turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, şəxsi xarakter daşıyan yarışda qadın və kişilər, həmçinin ustadlar iştirak edəcək, qaliblər Sinkleyr cədvəli əsasında müəyyən ediləcək. Qalib və mükafatçılara müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri təqdim olunacaq.

Xatirə turnirinin təşkilində məqsəd Hacibaba Əskərovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, ağır atletika idman növünün inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

Həmin kateqoriyadan