Ağırlıqqaldıranlarımız Türkiyədəki çıxışını başa vurdu

Türkiyənin Qaziantep şəhərində keçirilən ağırlıqqaldırma üzrə üçqat olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatmaq üzrədir. Allsport.az xəbər verir ki, 2020-ci il Tokio olimpiya oyunların gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 20-dən çox ölkədən 80-ə yaxın atlet çıxış edir.

Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq), Füqan Əliyev (81 kq) və Tarmenxan Babayev (96 kq) körpücük üzərinə çıxıblar.

Millimizin üzvlərindən Füqan Əliyev 81 kq çəki dərəcəsində yarışıb. Gənc atletimiz toplam 291 kq (131+160) nəticə ilə bu çəkidə 5-ci yeri tutub.

Yığmamızdan son olaraq Tarmenxan Babayev qüvvəsini sınayıb. O, kişilərdə 96 kq çəki dərəcəsində yarışıb. Atletimiz toplam 313 kq (143+170) nəticə ilə 7-ci yeri tutub.

Qadınların yarışında Səbinə Əzimova 55 kq çəki dərəcəsində toplam 173 kq (75+98) nəticə ilə 4-cü yeri tutub. 59 kq çəki dərəcəsində yarışan Boyanka Kostova 224 kq (100+124) nəticə ilə bütün rəqiblərini qabaqlayıb.

Həmin kateqoriyadan