- Baxış sayı: 22
- 21 Aprel 2026 10:38
- Baxış sayı: 21
- May 11, 2026
- 0

İordaniyanın paytaxtı Əmmanda İslam Həmrəyliyi İdman Federasiyasının 4-cü ağırlıqqaldırma çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, millimiz uğurlu çıxışının ardını gətirib.
Rövşən Fətullayev (94 kq) cəmdə 355 kq (155+200) nəticə göstərib, qızıl medal qazanıb. Eyni çəkidə mübarizə aparan Nailxan Nəbiyev ümumilikdə 338 kq (147+191) ağırlıq qaldırararaq, 2-ci yerə çıxıb.
Əfqan Bayramov (77 kq) toplam 296 kq (125+171) nəticə gümüş medala sahib çıxıb. Bu çəkidə mübarizə aparan Kənan Əliquliyev birdən qaldırmada 120 kq, təkanla 150 kq-ın öhdəsindən gəlib, 7-ci pilləni tutub.
Bundan öncə, bizdən Mərziyyə Məhərəmova (48 kq) qızıl, Allahyar Abışov (62) və Anastasiya İbrahimli (69 kq) gümüş medal qazanıblar.