Ağırlıqqaldıranların ölkə çempionatının 2-ci seçmə mərhələsi keçiriləcək

Aprelin 1–də ağırlıqqaldıranların respublika çempionatının ikinci seçmə mərhələ yarışı başlayacaq. Allsport.az saytı xəbər verir ki, ayın 9-dək keçiriləcək yarışda Azərbaycanın bütün bölgələrindən mübarizə aparacaqlar. Rəqabətin təşkilində məqsəd regionlarda azmanların hazırlıq səviyyəsinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletikanın təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Yarış Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Şəxsi xarakter daşıyan yarışda yalnız texniki cəhətdən hazırlıqlı, yaşı 10-dan yuxarı olan idmançılar iştirak edə bilərlər. Zona turnirində 1999-2007-ci il təvəllüdlü və daha yuxarı yaşlı kişilər və qadınlar müvafiq yaş qruplarında mübarizə aparacaqlar. Qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcəklər.

Həmin kateqoriyadan