- Baxış sayı: 276
- 12 İyul 2026 00:00
- Baxış sayı: 79
- Avqust 10, 2026
- 0

29-30 noyabrda Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında Azərbaycan kuboku keçiriləcək.
Allsport.az saytı xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayacaq.
Ölkə kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.