Ağırlıqqaldırma millimizdən uğurlu start: Ömər Cavadov qitə birinciliyində qızıl medal qazandı

İtaliyanın Milan şəhərində yeniyetmə ağırlıqqaldıranların Avropa birinciliyi başlayıb. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə 15 yaşlı qızlarda Günel Muxtarlı (44 kq) toplam 97 kq (42+55) nəticə ilə 6-cı, Selcan Qarayeva (48 kq) 116 kq (50+66) ilə 7-ci yeri tutub.

Oğlanlarda sonluq fərqli olub. 15 yaşlılarda Elvin Şükürzadə (50 kq; 78+95) 4-cü yeri tutub. O, birdən qaldırmada kiçik gümüş medal qazanıb. Ümumi mükafatdan onu cəmi 1 kq ayırıb.

17 yaşlılarda Ömər Cavadov (50 kq) qoparmada qızıl medal qazanıb. Təkanla qaldırmada 2-ci olub. Toplam 190 kq (88+102) nəticə ilə təmsilçimiz yekun sıralamada Avropa birinciliyinin adı adını sahiblənib.

40 ölkədən 388 ağır atletin (169 qız və 219 oğlan) iştirak etdiyi yarış Buenos Ayresdə-2018 yeniyetmələrin olimpiya oyunlarına lisenziya xarakteri daşıyır.

Həmin kateqoriyadan