Ağırlıqqaldırma olimpiya oyunlarından çıxarıla bilər

Ağırlıqqaldırma olimpiya oyunlarından çıxarıla bilər. Allsport.az xəbər verir ki, bu xəbərdarlıq beynəlxalq olimpiya komitəsinin (BOK) prezidenti Tomas Baxın dilindən səslənib.

Tomas Bax beynəlxalq ağırqlıqaldırma federasiyasını (IWF) mümkün nəticələr, daha dəqiq desək, ağır atletikanın Parisdəki oyunların proqramından və sonrakı olimpiya oyunlarından çıxarılması perspektivi barədə xəbərdarlıq edib. Bu, IWF-in BOK-un dopinqə qarşı mübarizəyə dair tələblərinə məhəl qoymayacağı təqdirdə baş verəcək. 

Bununla yanaşı, BOK artıq atletlərin olimpiya turnirinin proqramını azaldıb. 2024-cü ildə Parisdə keçiriləcək olimpiadada yalnız 120 ştanqçı çıxış edəcək.

Həmin kateqoriyadan