Ağırlıqqaldırma üzrə yığma komandalarımız yeni mövsümə hazırlaşır

Yeniyetmə, gənc və usta ağırlıqqaldıranlardan ibarət yığma komandalar AAAF park yaşayış kompleksinin təlim-məşq bazasında bir araya gəliblər. Allsport.az saytı xəbər verir ki, məqsəd qarşıdakı yerli və beynəlxalq yarışlara hazırliqdır.

Azmanların qidalanma, yaşayış, geyim, məşq avadanlıqları və başqa tələbləri yerinə yetirilib, maksimum şərait yaradılıb. İdmançıların təlim-məşq toplanışına yığma komandaların məşqçilər heyəti nəzarət edir.

Mütəxəssislər qeyd edir ki, düşərgədə yüksək ovqat var, verilən tapşırıqlar böyük həvəslə yerinə yetirilir. Əsas yığma komandanın üzvləri növbəti təlim-məşq toplanışı üçün Ukraynanın Xmelnitski vilayətinin Kameneç-Podolsk şəhərinə yollanacaq.

Həmin kateqoriyadan