- Baxış sayı: 46
- 24 Aprel 2025 10:00
- Baxış sayı: 35
- Aprel 27, 2025
- 0
Martın 7-də Azərbaycan idman akademiyasında (AİA) idman və xidmət ixtisasları üzrə işçi qrupun ilk iclası keçirilib.
Allsport.az xəbər verir ki, işçi komissiyasının sədri, AİA-nın rektoru Fuad Hacıyev bildirib ki, sözügedən işçi qrupu 19 ali təhsil müəssisəsinin professor-müəllim heyətindən ibarət 36, həmçinin əmək bazarını təmsil edən 15 şəxs olmaqla, ümumilikdə 51 nəfərdən formalaşdırılıb. Həmçinin rektor görüləcək işlər və dəyişikliklərin zəruriliyi barədə də fikirlərini bölüşüb.
Sonra işçi qrupunun həmsədri, akademiyanın tədris üzrə prorektoru Ülkər Babayeva səsvermə yolu ilə idman və xidmət ixtisasları işçi qrupu və alt işçi qrupunun üzvlərinin təsdiq olunmasını həyata keçirib.
Müzakirələrdə Bakı dövlət universiteti, Azərbaycan turizm və menecment universiteti, Azərbaycan texniki universiteti və digər ali təhsil müəssisələrinin nümayəndələri də çıxış edərək öz təkliflərini səsləndiriblər.
Sonra magistratura səviyyəsində idman və xidmət ixtisasları üzrə ixtisaslaşmaların adlarının müəyyənləşdirilməsi məqsədilə növbəti görüşün tarixi müəyyən edilib.