AİJA-dan beynəlxalq təlim: “Rəqəmsal idman jurnalistikası”

Beynəlxalq idman mətbuatı assosiasiyasının (AİPS) və Avropa idman mətbuatı ittifaqının (AİPS Europe) tamhüquqlu üzvü və ölkəmizdə yeganə rəsmi təmsilçisi Azərbaycan idman jurnalistləri assosiasiyası (AİJA) yeni layihəsini təqdim edib.

Allsport.az saytı xəbər verir ki, yaradıcılığında idman mövzusuna üstünlük verən, ingilis dilini yaxşı bilən reportyorlarımızın beynəlxalq təcrübəyə yiyələnmələri və bu sahədə peşə vərdişlərini təkmilləşdirmələri məqsədilə mübadi ilə proqramlara start verilib.

Bu sahədə dünya öncülləri sırasında yer tutan Pakistan idman yazarları federasiyası ilə birgə 20-24 dekabrda ZOOM platforması üzərindən müasir dövrün tələblərinə uyğun “Rəqəmsal idman jurnalistikası” mövzusunda ödənişsiz təlim-seminar keçiriləcək.

Qardaş ölkənin nüfuzlu media qurumlarının peşəkarları, həmçinin AİPS prezidenti Canni Merlo iştirakçılarla öz bilik və təcrübələrini bölüşəcəklər. Yekunda onlayn təlimlərdə fəallığı ilə fərqlənən 4 nəfər ölkənin aparıcı media qurumlarında 5-günlük təcrübə üçün səfər xərcləri qarşılanmaqla, Pakistan paytaxtı İslamabada göndəriləcəklər.

Təlimdə iştirak üçün https://forms.gle/mjEZqxD4hvRjTGEt5 ünvanına daxil olmaqla qeydiyyatdan keçə bilərsiniz.

Həmin kateqoriyadan