AİJA-nın rəhbərliyi İranda terror nəticəsində şəhid olan həmyerlimizin dəfn mərasimində iştirak edib

Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı nəticəsində şəhid olan Orxan Əsgərov torpağa tapşırılıb. Allsport.az saytı xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, ictimaiyyət nümayəndələri, rəsmilər, o cümlədən Azərbaycan idman jurnalistləri assosiasiyasının prezidenti, Əməkdar jurnalist Eldar İsmayılov, AİJA-nın 1-ci vitse-prezidenti, idman mətbuatı üzrə Avropa ittifaqı icraiyyə komitəsinin üzvü Nərgiz Mahmudzadə, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Cahid Bağcı, daxili işlər naziri Vilayət Eyvazov, müdafiə naziri Zakir Həsənov, dövlət təhlükəsizliyi xidmətinin rəisi Əli Nağıyev, xarici kəşfiyyat xidmətinin rəisi Orxan Sultanov, müdafiə sənayesi naziri Mədət Quliyev və digərləri iştirak ediblər.

Həmin kateqoriyadan