AİJF-dən “Qarabağ Azərbaycandır!” şüarı ilə mini-futbol

Azərbaycan idman jurnalistlərifFederasiyası AGİN, AzDBTİA və AFFA-nın təşkilati dəstəyi ilə, “Qarabağ Azərbaycandır!” şüarı ilə idman jurnalistləri arasında mini-futbol turniri təşkil edəcək. Turnirdə iştirak üçün müraciət fərdi qaydada olacaq və komandalar püşk yolu ilə müəyənləşəcək.

Komandalara rəmzi olaraq, “Cəbrayıl”, “Füzuli”, “Zəngilan”, “Qubadlı”, “Şuşa”, “Ağdam”, “Kəlbəcər” və “Laçın” adları veriləcək. Yarış, hər birində 4 komanda olmaqla 2 qrupda təşkil ediləcək. İlk 2 yeri tutanlar pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Hər qrupun qalibi digər qrupun ikincisi ilə yarımfinalda qarşılaşacaq. Yarımfinalın qalibləri finalda 1-ci yer uğrunda, məğlublar isə 3-cü yer uğrunda qarşılaşacaqlar. Qalib komanda mükafatlandırılacaq.

Bundan başqa, turnirdə seçilən 3 ən yaxşı jurnalist-futbolçu bu ilin avqustunda Gürcüstanın Batumi şəhərində jurnalistlərin beynəlxalq futbol turnirində ölkəmizi təmsil edəcək komandanın tərkibinə cəlb ediləcəklər. Yarış açıq havada – Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçiriləcək. Tədbirin tarixi və keçirilmə qaydaları barədə əlavə məlumat veriləcək.

Turnirdə iştirak etmək istəyən idman jurnalistlərimiz iyunun 1-dək AİJF-nin e-mailinə (sportsmedia@gmail.com) öz ad, soyad, əlaqə telefonu və təmsil etdikləri media orqanının adını göndərməklə qeydiyyatdan keçə bilərlər.

Həmin kateqoriyadan