AİJF ilə AMKF anlaşdı

Bü gün idman jurnalistləri federasiyası ilə milli karate federasiyası arasında əməkdaşlıq anlaşması olub. Allsport.az saytı xəbər verir ki, sənədi AİJF idarə heyətinin sədri Qabil Mehdiyev və AMKF-in prezidenti Yaşar Bəşirov imzalayıblar. 

Adı son çəkilən şəxs yeni yaranan qurumun ölkəmizdə idmanın kütləviliyi və təbliği baxımından rolunu xüsusi vurğulayaraq bildirib ki, memoranduma əsasən qurumlar arasında birgə tədbirlər təşkil ediləcək. 

AİJF-in əsas hədəflərindən biri ölkəmizdə idman mətbuatının inkişafı ilə yanaşı, bədən tərbiyəsi və idmanın təbliği olduğunu deyən Q.Mehdiyev əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirib.

Həmin kateqoriyadan