AİJF-in yazı müsabiqəsi

İdman jurnalistləri federasiyası görkəmli idman jurnalisti Mirpaşa Miriyevin 100-illik yubileyi münasibəti ilə “Azərbaycan idman jurnalistikası: dünən, bu gün və sabah” mövzusunda yazı müsabiqəsi elan edir. Allsport.az saytı sizi şərtlərlə tanış edir:

Müsabiqəyə yalnız AİJF üzvləri qatıla bilərlər;
Hər jurnalist müsabiqəyə bir yazı təqdim etmək hüququna malikdir;
Yazılar 15 may – 15 iyun aralığında heç bir yerdə dərc olunmadan azesportsmedia@gmail.com e-mailinə göndərilməlidir;

Yazılar münsiflər heyətinə imzasız təqdim olunacaq. Qaliblərin adları 2020-ci il iyulun 2-də açıqlanacaq. Bütün yazıların müəllifləri isə iyunun 25-dən iyulun 1-dək yazılarını çalışdıqları saytlarda və ya qəzetlərdə dərc etməlidirlər.

Yazılara dair tələblər:

– Times New Roman şriftində (12) yazılmalı, 7-11 min arası işarədən artıq olmamalıdır;
– orijinal olmalı, indiyə qədər mediada yayılmamalıdır;
– Azərbaycan dilində olmalıdır;
– jurnalist araşdırmalarına üstünlük veriləcək.

Yazıya əlavə olunmalı sənədlər:

Şəxsiyyət vəsiqəsinin surəti;
VÖEN-in surəti.

Müsabiqə üçün aşağıdakı mükafat fondu müəyyənləşdirilib:

1-ci yer – 500 manat
2-ci yer – 300 manat
3-cü yer – 200 manat

Həmin kateqoriyadan