FOTO
AİJF şəhid idmançıların ailələrini ziyarət edib

Bu gün gənclər və idman nazirliyinin, Azərbaycan idman jurnalistləri federasiyasının və “Azərbaycan idmançıları” ictimai birliyinin nümayəndələri ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhid idmançıların ailələrini çempionlarla ziyarət ediblər. Allsport.az saytı xəbər verir ki, görüşdə GİN-in idman şöbəsinin müdiri Fərid Mansurov, sektor müdirləri Aydın Məmmədov, Nicat Həsənov, Fikrət Hüseynov, nazirliyin əməkdaşı Ərşad Nəsibov, AİJF-nin prezidenti Qabil Mehdiyev, bu federasiyanın idarə heyətinin üzvləri Sənan Şəfizadə, Elşən Məmmədov, eləcə də, olimpiya çempionları və mükafatçıları Zemfira Meftahətdinova, Elnur Məmmədli, Emin Əhmədov, dünya, Avropa çempionatlarının qalib və mükafatçıları Fərhad Acalov, Niyaməddin Paşayev, Nizami PaşayevRəşad Əhmədov iştirak ediblər.

Возможно, это изображение (4 человека и люди стоят)

Tədbir iştirakçıları şəhid idmançılar – cüdo üzrə beynəlxalq turnirin mükafatçısı Rüfət Əliyev, bodibildinq üzrə ölkə çempionu Muxtar Qasımlı, alpaqut, kontakt karate üzrə dünya, Avropa çempionatının qalibi Emil Şamilov, alpaqut üzrə dünya çempionu İlkin Məmmədov, “Zirə” PFK üzvü İlqar Burcəliyev, İdman iennis kompleksinin əməkdaşı Elvin İslamov, kosiki karate ölkə çempionu Tərlan Eyniyev, qol güləşi üzrə Bakı çempionatının mükafatçısı Ənvər İmanovun ailələrində olublar.

Возможно, это художественное изображение (1 человек и в помещении)

Toplantıda ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə 2-ci Qarabağ savaşında qazanılan möhtəşəm qələbənin tarixi ədalətin bərpası olduğunu deyən Fərid Mansurov haqq-ədalət uğrunda gedən mübarizədə idmançıların da igidlik nümunəsi göstərdiklərini, Vətən uğrunda qəhrəmancasına şəhid olduqlarını bildirib. O, qeyd edib ki, xalqımız qəhrəmanlarımızın əziz xatirəsini həmişə uca tutacaq.

Возможно, это изображение (1 человек)

Qabil Mehdiyev 44-günlük 2-ci Vətən müharibəsində şəhidlərin şərəfli amal naminə bu zirvəyə ucaldıqlarını qeyd edərək Vətən müharibəsində qazanılmış böyük Qələbənin müasir tariximizin şanlı qəhrəmanlıq dastanı kimi heç zaman unudulmayacağını və gələcək nəsillərimiz üçün örnək təşkil edəcəyini bildirib. O, millətimizin, dövlətimizin qüruru və iftixarı olan şəhidlərin ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını və onların əziz xatirəsinin xalqımız tərəfindən daima anılacağını vurğulayıb. Şəhid Rüfət Əliyevin ailəsi ilə görüşdə iştirak edən Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Səmədov bildirib ki, şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə, yaşadığı məhəllədə bulaq və barelyefin hazırlanması işləri bu yaxınlarda başa çatdırılacaq.

Возможно, это изображение (1 человек и стоит)

Görüşdə olimpiya, dünya, Avropa çempionatlarının qalib və mükafatçıları olan idmançılar cəsarətin, qorxmazlığın, şərəfin, fədakarlığın simvollarına çevrilən şəhidlərin ruhu qarşısında baş əydiklərini bildiriblər. Görüşlər zamanı şəhidlərin ailə üzvləri qəhrəman övladlarının vətən sevgisindən, döyüşlərdə göstərdikləri rəşadətdən danışıb, onlarla qürur duyduqlarını bildiriblər.Qeyd edək ki, idmançı şəhid ailələrini ziyarət növbəti aylarda da davam edəcək.

Возможно, это изображение (1 человек и стоит)
Возможно, это изображение (5 человек и текст)
Возможно, это изображение (5 человек, люди сидят, люди стоят и в помещении)

Həmin kateqoriyadan