AİJF və AİKİB arasında əməkdaşlıq müqaviləsi imzalandı

Bu gün Azərbaycan idman jurnalistləri federasiyası ilə Azərbaycan idman könüllüləri ictimai birliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Allsport.az saytı xəbər verir ki, AİJF idarəsində tədbirdə çıxış edən federasiya prezidenti Qabil Mehdiyev, hər iki təşkilat yeni yaranmasına baxmayaraq, son bir ildə bir sıra fəaliyyətləri ilə etimadı doğrultmağa çalışdıqlarını qeyd edib.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti və gələcək planları barədə məlumat verən Əməkdar jurnalist, idman könüllüləri ilə əməkdaşlığın hər iki təşkilat üçün faydalı olacağına əminliyini ifadə edib.

Qarşı tərəfdən idarə heyətinin sədri Miraqil Seyidzadə bu təşkilatın ölkəmizdə idman könüllülərinə duyulan ehtiyacdan yarandığını qeyd edib. O, son vaxtlar bir sıra idman qurumları ilə əməkdaşlığı genişləndirdiklərini bildirərək, təşkilatın ümumilikdə 1000 nəfərdən artıq könüllünü öz ətrafında birləşdirdiyini deyib. Sonda tərəflər memorandumu imzalayıblar.

Həmin kateqoriyadan