Akademik avarçəkənimiz dünya kubokunda

16-19 iyunda Polşanın Poznan şəhərində akademik avarçəkmə üzrə dünya kubokunun II mərhələsi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, koronavirus pandemiyasından sonra ilk yarışa qatılacaq Azərbaycanı yarışda Bəhmən Nəsiri təmsil edəcək. İdmançımız 1-yerlik qayıqla 2000 metr məsafəyə çıxış edəcək.

Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş I mərhələ (27-29 may) ilə müqayisədə Poznanda daha çox, 36 ölkədən 600-dən artıq idmançı mübarizə aparacaq. 2019-cu ildən bu yana ilk dəfə olaraq Avstraliya, Yeni Zelandiya, ABŞ və Kanadadan olan komandalar kifayət qədər geniş heyətlə Dünya Kubokuna qatılacaqlar. Polşada ən böyük heyətlə isə Almaniya komandası iştirak edəcək – 23 qayıq.

Reqlamentə əsasən, dünya kubokunun qalibləri III mərhələnin yekununa əsasən müəyyənləşəcək. Yarışların III mərhələsi 8-10 iyul tarixlərində İsveçrənin Lutsern şəhərində baş tutacaq.

Həmin kateqoriyadan