“Akademik jurnallarda məqalə nəşrlərinə dəstək” mövzusunda təlim

Martın 31-də Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında doktorant və dissertantlar üçün kitabxana informasiya konsorsiumunun ölkə koordinatoru İltifat İbrahimov “Akademik jurnallarda məqalə nəşrlərinə dəstək” mövzusunda təlim keçirib.

Allsport.az saytı xəbər verir ki, tədbirin əvvəlində doktorantura şöbəsinin müdir əvəzi Nailə Kələntərli çıxış edərək, ali attestasiya komissiyasının doktorant və dissertantların beynəlxalq indeksli elmi jurnallarda məqalə nəşri ilə bağlı tələbini tədqiqatçılara xatırlatıb və məsələnin zəruriliyini vurğulayıb.

Sonra məqalə çapı üçün ümumi müraciət qaydaları və qəbul tələbləri haqqında diskussiya şəklində informasiya mübadiləsi aparılıb.

Həmin kateqoriyadan