Akademiyada şəhid valideynləri ilə görüş

Fevralın 15-də Azaərbaycan bədər tərbiyəsi cə idman akademiyasında şəhid valideynləri ilə görüş keçirildi. Allsport.az saytı xəbər verir ki, əvvəlcə görüşdə iştirak edən məzun şəhidimiz Pərvin Əlizadənin valideynlərinə akademiyada onun adı verilmiş auditoriya haqqında məlumat verildi.

Bu il AzTBTİA-da istifadəyə verilən yeni, 3 mərtəbəli korpusda 14 şəhid məzunların əziz xatirəsini əbədiləşdirmək və ehtiram əlaməti olaraq, onların hər birinin adı auditoriyalara təyin olunub. Hər bir şəhid məzunun adını daşıyan auditoriyanın qapısına həmin şəhidin adı, soyadı yazılan lövhə vurulub.

Həmçinin şəhid məzunların adlarına xüsusi təqaüdlər də təsis edilib. Sonra akademiyanın girişində quraşdırılan elektron lövhədə hər gün fasiləsiz olaraq nümayiş olunan şəhidlər haqqındakı slayda baxıldı.

Konfrans zalında davam edən görüşdə prorektor Rizvan Əliyev çıxış edərək akademiyanın Vətən müharibəsi zamanı gördüyü işlər, şəhid məzunlar və ASAPES-in elmi-tədris laboratoriyasında müalicə alan qazilər haqqında danışdı, videoçarx göstərildi.

Sonda, şəhid məzun Pərvin Əlizadənin valideynlərinə xatirə nişanı olaraq, Akademiyada keçirilən zəfər sərgisində nümayiş olunmuş portret təqdim edildi və xatirə fotosu çəkdirildi.

Həmin kateqoriyadan